Keramika dərsləri
Keramika studiyamızda həm dulusçuluq həm lepqa (əl ilə yapma) və ya qab üzərində rəngləmələr edə bilərsiniz.
Dulusçuluq kurslarına qoşularaq müəllimələrin köməkliyi ilə istədiyiniz formada bir qab düzəldə və rəngləyə bilərsiniz (fincan, boşqab və s.).
- Dərs müddəti 1.5 – 2 saat
- Ləvazimatlar bizim tərəfdən sizə verilir.
- Dərsə gildən qabın düzəldilməsi, rənglənilməsi, iki dəfə bişməsi daxildir.
- Hazırladığınız iş sizə 3-4 həftənin sonunda təhvil verilir.
Gününüzü xoş və əyləncəli keçirin 🥰
Dulusçuluq
Dulusçuluq dərslərinin qiyməti həcmdən asılı olaraq dəyişir, standart qiymətlər:
1 nəfər üçün qiymət : 30 25 ₼
Dulusçuluq dərslərinə yazılmaq 📋
Lepka (əl ilə yapma qiymətləri)
Uşaqlar 5-12 yaş: 25 20 ₼
Ana və uşaq: 35 30 ₼
*Düzəltdiyiniz qaba görə qiymət dəyişir
Boşqab: 25 20 ₼
Fincan: 25 20 ₼
Dibçək: 30 25 ₼
Aksesuar qabı: 35 30 ₼
Lepka : əl ilə yapma dərslərinə yazılmaq 📋
Whatsapp`a yazaraq onlayn rezerv edin
Dulusçuluq dərsləri necə keçir?
Step-by-step
- Gilin hazırlanması
İlk olaraq gili yumşaldaraq istifadə üçün hazır formaya gətiririk.
- Əsas texnikalar
Master bizə dulusçuluğun əsas üsullarını nümayiş etdirir, məsələn, dulus çarxında gili mərkəzləşdirmək, formanı yaratmaq və divarları qaldırmaq kimi.
- Praktik
Bundan sonra öyrəndiyimiz üsullardan istifadə edərək özümüz gillə işləməyə başlayırıq. Müəllim bacarıqlarımızı təkmilləşdirməyə və unikal məhsullar yaratmağa kömək edir.
- Dekorasiya
Forma yaradıldıqdan sonra dekorativ elementlər əlavə edə və ya rəngləyə bilərsiniz
- Bişirmə
Keramika dərsləri bitdikdən sonra hazırladığınız məhsul 10-15 gün otaq temperaturunda quruyur. Quruduqdan sonra 2 dəfə xüsusi sobada bişir (1050-1200 dərəcədə). Bu proseslərdən sonra qabınız 3-4 həftə ərzində hazır olur, ən sonda isə funksional istifadəyə yararlı olur və sizə təhfil verilir. ✅
📍Unvan: Sahil metrosu yaxınlığı, Səməd Vurğun küçəsi 17