✨ Haqqımızda

Dali Art Ceramics – Bakıda fəaliyyət göstərən müasir keramika studiyasıdır. Biz gündəlik istifadə üçün nəzərdə tutulmuş keramika qablar, dekorativ əşyalar və əl işi suvenirlər hazırlayırıq.

Məhsullarımızın hər biri əllə formalaşdırılır və üzərinə xüsusi rəsmlər çəkilir. Yüksək temperaturda sobalandığı üçün qablarımız gündəlik istifadəyə tam yararlıdır və keyfiyyətini uzun müddət saxlayır.


🛠️ Nə edirik?

🎨

Dulusçuluq və rəsm dərsləri
Həm böyüklər, həm də uşaqlar üçün dulus çarxında işləmək və rəsm çəkmək üzrə masterklasslar keçiririk.

🏺

Gil ilə yapma dərsi
Gildən əllə müxtəlif fiqurlar və qablar düzəltməyi öyrədirik. Hazırladığınız əşyalar sobalandıqdan sonra sizə təhvil verilir.

🖼️

Portret sifarişi
Kətan üzərində və ya doğrudan keramika səthində istədiyiniz portretləri çəkirik.

🩹

Keramika restavrasiyası
Sınmış və ya çatlamış bəzək əşyalarınızı və keramika qablarınızı xüsusi texnikalarla bərpa edirik.


⭐ Üstünlüklərimiz

  • 🖐️
    Tam əl işi: Hər bir məhsul fərdi olaraq hazırlanır.
  • 🖌️
    Xüsusi dizayn: Milli və müasir motivlərin sintezi.
  • 🌿
    Keyfiyyətli xammal: Qida üçün zərərsiz və dözümlü materiallar.

Yaradıcılıq dünyamıza qoşulun

Sifariş vermək və ya masterklasslara yazılmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Əlaqə saxlayın