1. Məxfilik Siyasəti (Privacy Policy)
Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti “Dali Art Ceramics” (bundan sonra “Biz” və ya “Studiya”) tərəfindən istifadəçilərin (bundan sonra “İstifadəçi” və ya “Müştəri”) şəxsi məlumatlarının toplanması, istifadə olunması və qorunması qaydalarını müəyyən edir.
1. Toplanan Məlumatlar Saytımızdan istifadə edərkən və ya sifariş rəsmiləşdirərkən aşağıdakı məlumatlar toplana bilər:
-
Ad, soyad və əlaqə nömrəsi;
-
Çatdırılma ünvanı və elektron poçt ünvanı;
-
Sifariş tarixi və əldə olunan məhsul/xidmət haqqında məlumatlar;
-
Onlayn ödənişlər zamanı bank kartı məlumatları bizim serverlərdə saxlanılmır və birbaşa təhlükəsiz ödəniş şlüzləri vasitəsilə emal olunur.
2. Məlumatların İstifadə Məqsədi Toplanan şəxsi məlumatlar yalnız aşağıdakı məqsədlər üçün istifadə olunur:
-
Sifarişlərin rəsmiləşdirilməsi və çatdırılmanın həyata keçirilməsi;
-
Masterklasslara və dərslərə yazılmanın təsdiqlənməsi;
-
Müştəri xidmətinin göstərilməsi və sualların cavablandırılması;
-
Yeniliklər və xüsusi təkliflər haqqında (istifadəçinin razılığı ilə) məlumatlandırılma.
3. Məlumatların Qorunması və Üçüncü Şəxslərə Ötürülməsi Biz istifadəçilərin şəxsi məlumatlarının məfiliyini qorumağa öhdəlik götürürük. Şəxsi məlumatlar qanunla nəzərdə tutulmuş hallar (məsələn, hüquq-mühafizə orqanlarının rəsmi tələbi) və çatdırılma xidmətinin həyata keçirilməsi üçün kuryer şirkətlərinə ötürülmə halı istisna olmaqla, üçüncü şəxslərə satılmır və verilmir.