“Dali Art Ceramics” olaraq hazırladığımız hər bir keramika məhsulunun keyfiyyətinə və təhlükəsizliyinə böyük diqqətlə yanaşırıq.

1. Məhsulun Qaytarılması və Dəyişdirilməsi Şərtləri

  • Zədələnmiş və ya Səhv Məhsul: Çatdırılma anında məhsulda hər hansı zədə (çat, sınıq) və ya sifarişə uyğunsuzluq aşkar olunarsa, müştəri məhsulu qəbul etmədən kuryerə geri qaytara bilər. Bu halda məhsul ödənişsiz olaraq yenisi ilə əvəz olunur və ya ödənilmiş məbləğ tam şəkildə geri qaytarılır.

  • Standart Məhsullar: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq, istifadə olunmamış və xarici görünüşü/qablaşdırması pozulmamış hazır (kütləvi) məhsulları 14 gün ərzində dəyişdirmək və ya qaytarmaq mümkündür.

2. Geri Qaytarılmayan Məhsullar və Xidmətlər Aşağıdakı hallarda məhsul və xidmətlərin geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyildir:

  • Xüsusi Sifarişlər: Fərdi istək əsasında hazırlanmış, üzərində ad, xüsusi rəsm, portret və ya fərdi ölçülər olan məhsullar;

  • Özəl Yapma Məhsullar: Müştərinin təkidi və ya fərdi dizaynı ilə sıfırdan əllə hazırlanan (özəl yapma) keramika əşyaları (istehsalat qüsuru olmadığı halda);

  • Keçirilmiş Masterklasslar və Fərdi Dərslər: İştirak edilmiş və ya vaxtı keçmiş masterklass/dərslərin ödənişi geri qaytarılmır (keçirilmə tarixindən ən azı 24 saat əvvəl xəbərdarlıq edildikdə dərs başqa tarixə keçirilə bilər).

3. Ödənişin Geri Qaydılması Proseduru

  • Qaytarılma təsdiqləndikdən sonra ödəniş 3-7 iş günü ərzində müştərinin ödəniş etdiyi bank kartına və ya nağd şəkildə (ödəniş üsulundan asılı olaraq) geri qaytarılır.

4. Əlaqə Sual, təklif və ya qaytarma müraciətləriniz üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

  • E-poçt: info@daliartceramics.com

  • Ünvan: Bakı şəhəri, Gənclik m/s, Fətəli Xan Xoyski 108